Ronaldo “Ağ Ev”də İlon Maskla selfi çəkdirdi - FOTO

01:40 Hadisə 71
Ronaldo “Ağ Ev”də İlon Maskla selfi çəkdirdi - FOTO

“Əl-Nəsr”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo “Ağ Ev”də İlon Mask və digər tanınmış şəxslərlə selfi çəkdirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatları, əvvəlcə ABŞ Prezidenti Donald Trampla təşkil olunmuş naharda “boy göstərən” portuqaliyalı futbolçunun müşahidəçiləri yayıblar.

Ronaldo daha əvvəl prezident Tramp tərəfindən təşkil edilmiş naharda qonaq olub. Tədbirin ardından Elmlə Texnologiyalar üzrə Müşavir Şurasının həmsədri Devid Saks öz sosial şəbəkə hesabında həmin gecədən bir foto paylaşıb.

Fotoda Ronaldo, onun xanımı Corcina Rodriges, iş adamı İlon Mask, FİFA-nın prezidenti Canni İnfantino və ABŞ-ın ticarət naziri Hovard Lyutnik daxil olmaqla bir çox qonaq əks olunub.

Digər Xəbərlər
Xəbər Lenti
19 Noyabr 18:10 Çək və bizə göndər!