Beynəlxalq FIFA agentləri “Sumqayıt”ı ziyarət etdi - VİDEO

17:35 Hadisə 78
Beynəlxalq FIFA agentləri “Sumqayıt”ı ziyarət etdi - VİDEO

Bakı, Azərbaycan — Asadov Pro Bridge Futbol Agentliyi

4–7 noyabr tarixlərində Asadov Pro Bridge Futbol Agentliyinin rəsmi dəvəti ilə Portuqaliya, Albaniya, İsveçrə, Türkiyə, Koreya, Yaponiya, İngiltərə, Serbiya və Polşadan olan 11 beynəlxalq FIFA lisenziyalı futbol agenti Bakıda səfərdə olub.

Səfərin əsas məqsədi Azərbaycan futbol mühitini yaxından tanıtmaq, klubların infrastrukturunu və inkişaf modellərini təqdim etmək, eləcə də qarşılıqlı əməkdaşlıq imkanlarını genişləndirməkdir.

Səfər proqramı çərçivəsində nümayəndə heyəti Sumqayıt Futbol Klubunu ziyarət edib. Görüş zamanı qonaqlara klubun əsas stadionu, məşq meydançaları və akademiya üçün istifadə olunan infrastrukturlar barədə ətraflı məlumat verilib.

Klub rəhbərliyi həmçinin Sumqayıt FK-nın inkişaf hədəfləri, strategiyası və gənclərlə bağlı uzunmüddətli planları barədə nümayəndə heyəti ilə fikir mübadiləsi aparıb.

Beynəlxalq agentlər klubun strukturunu, infrastruktur potensialını və əməkdaşlıq üçün təqdim etdiyi perspektivləri yüksək qiymətləndiriblər.

Asadov Pro Bridge — FIFA lisenziyalı, beynəlxalq standartlarla fəaliyyət göstərən futbol agentliyidir.

Agentlik futbolçuların, məşqçilərin və klubların beynəlxalq arenada təmsilçiliyini təmin edir, transfer menecmenti, hüquqi müşayiət, karyera planlaması, PR və marketinq xidmətləri göstərir.

Qısa müddətdə müxtəlif ölkələrdə uğurlu transferlərlə yadda qalan Asadov Pro Bridge, Azərbaycan futbolunun qlobal futbol bazarına inteqrasiyasına dəstək olmağı əsas prioritet kimi qəbul edir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti