Musayev Premyer Liqada oktyabrın ən yaxşı məşqçisi seçildi

9 Noyabr 04:50 Hadisə 293
Musayev Premyer Liqada oktyabrın ən yaxşı məşqçisi seçildi

Rusiya Premyer Liqasında oktyabr ayının ən yaxşı məşqçisinin adına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Ötən ayın ən yaxşısı adına "Sabah"ın sabiq baş məşqçisi, hazırda "Krasnodar"ı çalışdıran Murad Musayev layiq görülüb.

Onun komandası oktyabr ayında çıxdığı 3 matçın hər birində qələbə qazanıb. Hazırda "Krasnodar" Premyer Liqanın turnir cədvəlində 32 xalla liderdir.

"Krasnodar" Murad Musayevin rəhbərliyi altında Rusiya Premyer Liqasının 2024/2025 mövsümünün qalibi olub.

Mütəxəssis 2021-24-cü illərdə “Sabah”a baş məşqçilik edib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Dekabr 18:10 Çək və bizə göndər!