Azərbaycana Portuqaliyanın “Əsgər”i gəlib, cinslə fart tutur

15:00 Hadisə 243
Azərbaycana Portuqaliyanın “Əsgər”i gəlib, cinslə fart tutur

Fikir vermisiz, ya yox, «İmişli»nin baş məşqçisi Jorj Kaskilya demək olar hər həftə eyni geyimdən istifadə edir. Nə vaxt baxırsan, o bozarmış cins əynindədir.

Ehtimal etmirəm ki, Kamran Eyyubov maaşını vermədiyi üçün özünə başqa şalvar ala bilmir.

Kaskilya da Portuqaliyanın Əsgər Abdullayevidir. İlyarım öncəyə kimi «İmişli»ni çalışdırmış Abdullayevin sarı gödəkçəsi məşhurdur.

Rahat 20-25 il geyindi həmin gödəkçəni. Ona düşərli olduğunu düşünürdü.

İndi bu Kaskilya da bozarmış cinslə, deyəsən, fart tutur. Olsun, bizlər daha nələr görməmişik, nələr eşitməmişik ki…

«İmişli» sayca beşinci məğlubiyyətini «Şamaxı»dan aldı. Oynasaydılar, uduzmazdılar. Həmişə müdafiəyönümlü taktika qurmaq düzgün deyil, bəzən rəqibə uyğun fərqli plan fikirləşmək lazımdır.

Kaskilya özünə əziyyət verib, bu haqda nəsə hazırlamadı, «Şamaxı» da ikinci hissədə qolun qoxusunu ala-ala 3 xala sahibləndi.

Kaskilyanın «hakimlərdən narazılığım var» deməsi də bir başqa mövzudur. Gərək bu barədə kəlmə də kəsməzdi.

Hakimlər «İmişli»yə münasibətdə daha loyaldır, nəinki «Kəpəz»ə, «Karvan»a, digərlərinə.

Qol da təmizdir. Kerim Rossinin fərqləndiyi epizodda top onun başını tapmışdı, Kaskilya əli haradan tapdı, maraqlıdır.

ELNUR

Digər Xəbərlər
Xəbər Lenti