“Turan”ın protokolda adı qeyd edilməyən məşqçisi niyə cərimələndi?

05:00 Hadisə 134
“Turan”ın protokolda adı qeyd edilməyən məşqçisi niyə cərimələndi?

AFFA İntizam Komitəsi aşağı liqalarda çıxış edən futbolçu və məşqçilərə sərt cəzalar tətbiq edib.

Sportinfo.az xəbər verir ki, II Liqanın “Quba” – “Şirvan” oyununda qonaqların futbolçusu Qərib İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir edib.

AFFA Region Liqasında keçirilən “Mərcanlı” – “Xan Çinar” oyununda birincilərin baş məqşçisi Əfqan Yusifov texniki zonanı tərk edərək hakimin qərarına etiraz etdiyinə və hakimi təhdid etdiyinə görə qırmızı vərəqə ilə cəzalandırılıb.

Eyni anda “Mərcanlı”nın rəhbəri Azad Məmmədov da qırmızı vərəqədən sonra tribunadan gələrək hakimi təhdid edib.

Həmin liqanın “Crystal” – “Qobustan” qarşılaşması bitdikdən sonra ev sahiblərinin baş məşqçisi Şahin Şahhüseyni hakimi təhqir edib.

AFFA Gənclər Liqasında keçirilən “Araz Naxçıvan” – “Dinamo” (Bakı) oyununda “Araz Naxçıvan”ın futbolçusu Əli Quliyev hakimi təhqir etdiyi üçün qırmızı vərəqə alıb.

AFFA U-17 Liqasında keçirilən “Şəfa” – “Turan Tovuz” görüşündə ikincilərin protokolda adı qeyd edilməyən məşqçisi Asəf Qədirli hakimin qərarına kəskin etiraz etdiyinə görə qırmızı vərəqə alıb.

Adları sadalananların hər biri 4 oyunluq cəzalandırılıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?