Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində Azərbaycan idmançıları rəsmi paradda iştirak ediblər.
Sportinfo.az xəbər verir ki, Azərbaycan bayrağını ağırlıqqaldıran Dadaş Dadaşbəyli və voleybolçu Nilufər Ağazadə daşıyıblar.
Turnirdə 57 ölkədən 3000-dən çox idmançı 23 idman növü üzrə mübarizə aparır. Azərbaycan isə yarışda 20 növdə 174 idmançı ilə təmsil olunur.
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi noyabrın 21-də keçiriləcək.


