Polis olmadı, oyun yarımçıq dayandırıldı, AFFA cəza verdi

04:00 Hadisə 104
Polis olmadı, oyun yarımçıq dayandırıldı, AFFA cəza verdi

AFFA İntizam Komitəsi aşağı liqalarda çıxış edən 5 komandaya texniki məğlubiyyət verib.

Sportinfo.az xəbər verir ki, AFFA Yüksək Qızlar Liqasının “Sabah” – “Baku Juniors” oyununda birincilər Əsasnaməyə uyğun yaş limitini pozub, start heyətində 2010-cu il təvəllüdlü oyunçu olmadan oyuna başlayıb.

Bu, “Sabah”ın 0:3 hesablı texniki məğlubiyyətinə səbəb olub.

U-14 Qızlar Liqasında “Ümid” (Gəncə) komandası “Atiq”lə matça qeyd olunan vaxtda gəlmədiyindən, eyni cəza ilə üzləşib.

AFFA Region Liqasında keçirilməli olan “Əmirli” – “Çinar Zəngilan” qarşılaşması 55-ci dəqiqədə Təcili Tibbi Yardımın meydanda olmaması səbəbindən dayandırılıb və “Əmirli”yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Həmin liqanın “Capital Baku” – “Mübariz” FA oyunu ikinci hissədə polisin olmadığına görə dayandırılıb ki, buna görə də “Capital Baku” eyni cəzaya məruz qalıb.

AFFA U-13 Liqasında keçirilməli olan “Ümid” (Gəncə) – “Azəri” (Gəncə) oyununda birincilər təyin edilən vaxtda meydanda olmayıb. Buna görə də “Ümid” texniki məğlubiyyət alıb.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?