“Qvadalhara”nın (Meksika) hücumçusu, Çiçarito ləqəbi ilə məşur olan Xavyer Ernandes sosial şəbəkədə yenidən kişilər və qadınlar arasındakı münasibətlərə dair paylaşım edib və bu, geniş müzakirə doğurub.
Sportinfo.az xəbər verir ki meksikalı forvard sosial şəbəkə hesabında belə yazıb:
“Belə çıxır ki, kişilik qıcıqlandırıcıdır, çünki bütöv bir kişi manipulyasiyaya düşmür. Maraqlıdır”.
“Real”ın sabiq futbolçusu daha əvvəl qadınlara ünvanlanan videoçarxlar paylaşmışdı.
O zaman futbolçu Meksika Futbol Federasiyasından xəbərdarlıq və cərimə almış, daha sonra isə üzr istəmişdi.
37 yaşlı hücumçu 21-ci əsrin ən tanınmış meksikalı futbolçularından biridir. O, karyerası ərzində “Mançester Yunayted” və “Real” kimi top-klublarda çıxış edib.

