“Sevgilim üçün geyimlərə 30 min avro xərcləmişdim” - Həbsdə olan sabiq qapıçı

4 Noyabr 18:40 Hadisə 523
“Sevgilim üçün geyimlərə 30 min avro xərcləmişdim” - Həbsdə olan sabiq qapıçı

“Ştutqart”, “Mançester Siti” və Almaniya millisinin sabiq qapıçısı Ayke İmmel hazırda maliyyə fırıldaqlarına görə həbs cəzası çəkir.

Sportinfo.az xəbər verir ki, almaniyalı sabiq qolkiper “Armes Deutschland” adlı sənədli filmdə problemlərinin həddindən artıq xərcləmələri səbəbindən yarandığını etiraf edib:

“Mən çox pul xərcləyirdim və maliyyəmi idarə edə bilmədim. Bəzən telefon xərclərim ayda 10 min avrodan çox olurdu.

Bir dəfə Milad bayramında keçmiş sevgilim üçün geyimlərə 30 min avro xərcləmişdim”.

Keçmiş qolkiper dələduzluqda ittiham olunub və 2 il 2 ay müddətinə həbs edilib.

64 yaşlı İmmel 1995–1997-ci illərdə “Mançester Siti”nin qapısını qoruyub. Bu, onun futbolçu karyerasında son klub olub.

Digər Xəbərlər
Xəbər Lenti
18 Noyabr 18:10 Çək və bizə göndər!
18 Noyabr 03:20 Qazaxıstana da uduzduq