
«Karvan» çempionatın ən aşağı büdcəli iştirakçılarından biridir.
Uzun illər aradan sonra Premyer Liqaya qayıdışın keyfini çıxarırlar artıq.
İkinci turda qələbəylə tanışdılar.
Bu, Qəbələ səfərində baş verdi. Qonağı olduqları «Kəpəz»i 3:2 yendilər.
Qələbəyə layiq oynadılar, maraqlı oynadılar. Bildiyimə görə, «Karvan»da maksimum maaş həddi 5000-6000 dollardır.
Bu yay kənardan kimləri gətiriblərsə, həmin qiymətə, hətta ondan da aşağı rəqəmə başa gəlib.
Tompson Qavi onlardan biridir. Nigeriyalı yarımmüdafiəçinin 25 yaşı var cəmi.
Açığı, sv-si ilə yaxından tanış olmamışam hələ, ancaq mənə elə gəlir ki, 5-6 ay sonra müştərilər onun üstündə bir-birinin başını yaracaq.
Əlbəttə, başladığı kimi davam etsə, formasında düşüş yaşamasa.
Qavi mənə İbrahim Yattaranı xatırlatdı. Vaxtilə «Trabzonspor»da oynamış qvimeyalı vingerin bir qədər cavan versiyasıdır.
Qavinin topla sürətli davranışını seyr etmək gözə çox xoş gəlir. «Karvan»a bir penalti qazandırdı, bir də gözəl hərəkətlərlə müdafiəçiləri çaşbaş salıb gözəl qol vurdu.
«Karvan» irəli xətdə «diş»lidir. Problemlər əsasən birinci zonanı ağuşuna alıb.
Boşluqlara çox yol verirlər. Hədsiz dərəcədə.
ELXAN