Komanda yoldaşları mübahisə etdi, araya baş məşqçi girdi - VİDEO

16:40 Hadisə 204
Komanda yoldaşları mübahisə etdi, araya baş məşqçi girdi - VİDEO

Premyer Liqanın 2-ci turunda “Şamaxı” öz meydanında “Sabahı” qəbul edib.

Oyunun 25-ci dəqiqəsində futbolçular arasında gərginlik yaşanıb.

Rəqib komandanın oyunçuları arasında yox.

Hər nə qədər qəribə səslənsə də, “Sabah”ın üzvləri bir-biri ilə söz atışmasına çıxıb.

25-ci dəqiqədə Coy-Lens Mikelsin oyun epizoduna görə İqor Noqeyroya irad bildirməsi əsəblərin gərilməsi səbəb olub.

Futbolçular bir-biri ilə söz güləşdirən anda baş hakim Rəşad Əhmədov su fasiləsi elan edib.

Həmin an qapıçı Stas Pokatilovla baş məşqçi Valdas Dambrauskas Mikelslə Noqeyronu sakitləşdirməyə çalışıb və buna nail olublar.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti