“Votsap” mesajlarında daha bir yenilik - Mətnlər belə göndəriləcək

24 Avqust 2025 07:10 Hadisə 361
“Votsap” mesajlarında daha bir yenilik -  Mətnlər belə göndəriləcək

“WhatsApp” mesajlaşmada tətbiq etdiyi yeni funskiyanın bəzi detalları məlum olub.

Süni intellektlə işləyən yeniliyə əsasən istifadəçilər mesaj yazarkən kömək üçün süni intellektə etibar edə biləcəklər.

İstifadəçi mesaj yazarkən Meta Al texnologiyası qaralamanı redaktə edərək onu daha sadə və göndərilməyə hazır edəcək.

İstifadəçilər, təklif olunan alternativ mətnlərdən birini asanlıqla əlavə etmək üçün mesaj qutusundakı karandaş işarəsinə toxuna bilərlər. Sadə dizaynı ilə diqqət çəkən bu xüsusiyyət yazı prosesini intensivləşdirəcək və effektiv ünsiyyətə şərait yaradacaq.

“WhatsApp”ın İOS üçün beta versiyasında müşahidə edilən yenilik bəzi ölkələr üçün əlçatandır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi