
"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi Macarıstan "Ferentsvaroş"unun futbolçusu Barnabaş Varqa klubunu dəyişə bilər.
Sportinfo.az xəbər verir ki, 30 yaşlı hücumçuya İtaliya və Səudiyyə Ərəbistanı təmsilçiləri maraq göstərir.
Macarıstanlı oyunçu ilə güclənmək istəyən klublar arasında A Seriyasının son çempionu "Napoli", eləcə də "Kalyari", "Kremoneze" və "Udineze" də var.
Varqa ilə Səudiyyə təmsilçisi "Əl-Cəzirə" də maraqlanır.
Barnabaş Varqa 2023-cü ilin yayından "Ferentsvaroş"un şərəfini qoruyur. O, cari mövsüm ərzində iştirak etdiyi 9 matçda 7 qol və 1 məhsuldar ötürmə müəllifi olub.
"Qarabağ" "Ferentsvaroş"la səfərdə keçirdiyi oyunda 3:1 hesablı qələbə qazanıb. Rəqibin yeganə qolunu 29-cu dəqiqədə Varqa vurub.
Komandalar arasında cavab görüşü avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.