“Qarabağ”la matçda başına iş açdı, “İnstagram”da sual verdilər, dedi ki...

23 Avqust 2025 21:20 Hadisə 3 878
“Qarabağ”la matçda başına iş açdı, “İnstagram”da sual verdilər, dedi ki...

“Ferentsvaroş”un futbolçusu Ötvös Bence azarkeşlərə səslənib.

“Qarabağ”la matça start heyətində çıxan, zədələndiyi üçün ikinci yarıda əvəzlənən 27 yaşlı yarımmüdafiəçi ona ünvanlanan sualı cavablandırıb.

Benceyə “instagram” hesabında verilən sualdan sonra belə bir dialoq alınıb.

- Salam, Bence. Özünü necə hiss edirsən? Azarkeşlərə mesajın varmı?

- Salam. Topuğumdakı zədə sağalır. Günü-gündən yaxşıya doğru dəyişir. Artıq yeriyə bilirəm. Azarkeşlərimizin komandanın yanında olmasını istəyirəm. Əvvəlki kimi, onlara çox ehtiyacımız var. Onlar da bizim kimi döyüşün axarını xeyrimizə dəyişə biləcəklərinə inanmalıdırlar ki, buna nail olaq. Geridönüş edəcəyimizə inanıram.

-Təşəkkürlər, Bence. Tez sağal. Yaşıl meydanlara dönüşünü səbrsizliklə gözləyirik.

Avqustun 19-da “Groupama Arena”da baş tutan görüşdə “Qarabağ” 3:1 hesabı ilə qələbə qazanıb.

Cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 20:45-də start götürəcək.

HƏBİB

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi