Otaqda keçmiş futbolçularının adını yazıb təşəkkür etdilər - FOTOLAR

23 Avqust 2025 10:00 Hadisə 415
Otaqda keçmiş futbolçularının adını yazıb təşəkkür etdilər - FOTOLAR

Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Fənərbaxça” ilə qolsuz oyundan sonra “Benfika” “Beşiktaş” Nevzat Demir Bazasında məşq edib.

Sportinfo.az xəbər verir ki, “Benfika”nın heyəti məşqdən sonra “Beşiktaş”a təşəkkürünü bildirib.

Belə ki, otaqdakı lövhədə bu sözlər yazılıb: “Təşəkkürlər, “Beşiktaş”. Rafa, Orkun Kökçü, Joao Mario və Jurasek. Sizə yaxşı mövsüm arzulayırıq. Sevgilərlə, “L Benfica”.

Bu isə sosial şəbəkələrdə maraqla qarşılanıb.

Adıçəkilən futbolçular “Benfika”nın keçmiş futbolçularıdır. Onlardan ikisi ötən, digər ikisi isə bu mövsüm “Beşiktaş”a transfer olunub.

“Benfika” və “Fənərbaxça” arasındakı növbəti görüş avqustun 27-də Portuqaliyada keçiriləcək.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi