UEFA C kateqoriyalı məşqçi kursu keçiriləcək - İştirak üçün ödənişin məbləği 500 manatdır

04:30 Hadisə 115
UEFA C kateqoriyalı məşqçi kursu keçiriləcək - İştirak üçün ödənişin məbləği 500 manatdır

AFFA tərəfindən sentyabrın 30-dan etibarən AFFA-nın Təhsil və Reabilitasiya Mərkəzində UEFA C kateqoriyalı məşqçi kursu keçiriləcək.

Sportinfo.az xəbər verir ki, kursda iştirak etmək üçün aşağıdakılar tələb olunur:

  1. Ərizə
  2. Şəxsiyyət vəsiqəsinin surəti
  3. Sağlamlıq haqqında arayış (Kursa gələndə gətirmək lazım olacaq)
  4. 2 ədəd şəkil (3×4)
    5.Məhkumluq haqqında arayış

Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.

Sənədlər sentyabrın 15-dək qəbul olunacaq.

C kateqoriyalı məşqçi kursunun 1-ci mərhələsi sentyabrın 30-dan oktyabrın 3-dək, 2-ci mərhələsi oktyabrın 21-dən 24-dək, 3-cü mərhələsi noyabrın 4-dən 7-dək, 4-cü mərhələsi isə noyabrın 4-dən dekabrın 1-dək keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Avqust 18:10 Çək və bizə göndər!