Azərbaycanda oyundan qayıdan futbolçular qəzaya düşdü, 6 nəfər xəsarət aldı - FOTO

22 Avqust 2025 23:20 Hadisə 913
Azərbaycanda oyundan qayıdan futbolçular qəzaya düşdü, 6 nəfər xəsarət aldı - FOTO

İmişli rayonunda iki minik avtomobili toqquşub.

Sportinfo.az xəbər verir ki, hadisə İmişli-Xoşçobanlı-Qaraqaşlı yolunun rayonun Otuziki kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hadisə nəticəsində 6 nəfər xəsarət alıb.

Məlumata görə, 1977-ci il təvəllüdlü Cəmil Babaşovun idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsinin 1974-cü il təvəllüdlü Əziz Quliyevin idarə etdiyi "Mersedes-Benz" avtomobili ilə toqquşması nəticəsində xəsarət alan yeniyetmələr futbolçular olublar.

Onlar futbol matçından qayıdırmışlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi