"Qarabağ"dan ayrıldı, “Turan”a “yox” dedi, bu klubla anlaşdı

22 Avqust 2025 22:40 Hadisə 1 048
"Qarabağ"dan ayrıldı, “Turan”a “yox” dedi, bu klubla anlaşdı

Bu yay "Qarabağ"dan ayrılan Marko Veşoviçin yeni klubu məlum olub.

Sportinfo.az xəbər verir ki, 34 yaşlı müdafiəçi karyerasını Xorvatiyada davam etdirəcək.

O, "Lokomotiva"ə (Zaqreb) keçib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla bağlanan müqavilənin müddəti hələlik açıqlanmayıb.

M.Veşoviç 2021-ci ildən "Qarabağ"da çıxış edirdi. Monteneqrolu futbolçu Ağdam təmsilçisində 134 oyuna çıxıb, 5 qol vurub və 16 məhsuldar ötürmə verib.

Veşoviçin "Turan Tovuz"la danışıq aparması ilə bağlı da xəbərlər yayılmışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi