
Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsinin “Polesye” (Ukrayna) və “Fiorentina” (İtaliya) arasında keçirilmiş ilk oyununu idarə edib.
Sportinfo.az xəbər verir ki, azərbaycanlı FİFA referisi İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatan görüşün 44-cü dəqiqəsində “Fiorentina”nın hücumçusu Moize Kini meydandan qovub.
Bu epizodda “Polissya”nın müdafiəçisi Eduard Sarapiy Moyze Kinin saçlarını dartıb və “Fiorentina”nın ulduzu rəqibə dirsəklə zərbə endirib.
Əliyar Ağayevin qırmızı vərəqə qərarı “Fiorentina”nın baş məşqçisi Stefano Piolinin narazılığına səbəb olub. Tanınmış çalışdırıcı görüşdən sonrakı mətbuat konfransında olaya belə reaksiya verib:
“Moyze səhv etdi və reaksiya qırmızı vərəqəyə layiq idi. Lakin rəqib də onun saçından tutub çəkilməsinə görə cəzalanmalı idi.
Kinə ürəyim ağrayır. Amma yəqin ki, bu vəziyyətlərdən dərs alacaq”.
Sözügedən görüntüləri təqdim edirik: