Rayonda futbolçunun gözünü bu hala saldılar - FOTOLAP

22 Avqust 2025 19:40 Hadisə 1 327
Rayonda futbolçunun gözünü bu hala saldılar - FOTOLAP

«Şəmkir» II Liqada yeni mövsümün hazırlıqlarını davam etdirir.

Çempionluğa iddialı komanda ilk yoxlama görüşünə çıxıb.

Vüqar Nadirovun çalışdırdığı kollektiv «Ağstafa gəncləri»nin qonağı olub. Ağstafada keçirilən matç «ağ-qırmızılar»ın minimalhesablı qələbəsiylə yekunlaşıb. Yeni transferlərdən Taleh Fərmanov fərqlənib.

Amma bu, qonaqları bir o qədər sevindirməyib. Çünki Fəzail Şıxnazadə matçın gedişində üzündən ağır zədə alıb.

Rəqibin kobudluğuna məruz qalan müdafiəçinin sol gözünün üstü partlayıb. O, təcili xəstəxanaya aparılıb və yarasına bir neçə tikiliş atılıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi