Azərbaycanlı söz sahibi məşhur oyunçunu qovdu! - Saçyoldu olayının VİDEOsu

22 Avqust 2025 13:20 Hadisə 1 190
Azərbaycanlı söz sahibi məşhur oyunçunu qovdu! - Saçyoldu olayının VİDEOsu

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Konfrans Liqasının pley-off mərhələsində “Polissya” (Ukrayna) – “Fiorentina” (İtaliya) oyununu idarə edib.

Sportinfo.az xəbər verir ki, ötən gecə keçirilən matç "Fiorentina"nin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Ağayev matçın 44-cü dəqiqəsində, qonaqlar hesabda 2:0 irəlidə olarkən İtaliya millisinin də üzvü olan “Fiorentina”nın futbolçusu Moyze Kinə qırmızı vərəqə verib.

Həmin epizodda "Polissya"nın müdafiəçisi Eduard Sarapiy Moyze Kinin saçlarını dartıb və "Fiorentina"nın futbolçusu rəqibə dirsəklə zərbə endirib.

Əliyar Ağayevin qırmızı vərəqə qərarı "Fiorentina"nın baş məşqçisi Stefano Piolinin narazılığına səbəb olub. Əliyar Ağayev hər komandanın bir futbolçusuna isə sarı vərəqə göstərib.

Qırmızı vərəqə epizodunu videonun 2.05 dəqiqəsindən izləyə bilərsiniz.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi