Burada “Neftçi” də qüvvəsini sınayacaq, onlar da - SİYAHI

08:30 Hadisə 139
Burada “Neftçi” də qüvvəsini sınayacaq, onlar da - SİYAHI

Avqustun 25-dən 28-dək Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turniri keçiriləcək.

Sportinfo.az xəbər verir ki, Turnir Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutacaq.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunacaq turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
21 Avqust 13:20 Azərbaycanın XEYİRİ