AFFA prezidenti sosial şəbəkədə "Qarabağ"ı paylaşdı

20 Avqust 2025 11:20 Hadisə 467
AFFA prezidenti sosial şəbəkədə "Qarabağ"ı paylaşdı

AFFA prezidenti Rövşən Nəcəf "Qarabağ"ın Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqəni təmin edəcəyinə inanır.

Sportinfo.az xəbər verir ki, milli assosiasiyanın rəhbəri bu barədə sosial şəbəkə hesabında yazıb.

"Qarabağ" Futbol Klubunu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda, səfərdə Macarıstanın "Ferentsvaroş" komandasına qalib gəlməsi münasibətilə ürəkdən təbrik edirəm.

İnanıram ki, təmsilçimiz cavab qarşılaşmasında da əzmkar mübarizə nümayiş etdirərək, turnirin Liqa mərhələsinə vəsiqəni təmin edəcək. Uğurlar, “Qarabağ”, - deyə qurumun prezidenti bildirib.

Azərbaycan çempionu səfərdə gerçəkləşən qarşılaşmada rəqibini 3:1 hesabı ilə üstələyib. Tərəflər arasında cavab matçı avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

Qalib tərəf Çempionlar Liqasının, məğlub olan isə Avropa Liqasının əsas mərhələsinə qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi