Xocalı və Xocavənddə yanğına səbəb olan şəxs saxlanıldı

20 Avqust 2025 07:10 Hadisə 426
Xocalı və Xocavənddə yanğına səbəb olan şəxs saxlanıldı

Avqustun 18-də Xocalı rayon Daşbulaq kəndi ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının, Xocalı rayonuna qonaq gəlmiş, 40 yaşlı Pərviz Quliyevin ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub.

P. Quliyev polis əməkdaşları tərəfindən saxlanılaraq barəsində qanunvericiliyə uyğun tədbir görülüb.

Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsinin ərazisində yerləşən biçilmiş əkin sahəsində yanğın hadisəsi törədən şəxslər də polis əməkdaşları tərəfindən müəyyən olunub.

Yanğını 24 yaşlı Eltun Əliyev və 34 yaşlı Nicat Xubalıyevin ehtiyasızlıqdan törətdiyi məlum olub. Nəticədə 15 hektar ərazidə quru ot yanıb. Hər iki şəxs saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbir görülüb.

Faktla bağlı Xocavənd Rayon Polis Şöbəsində araşdırma aparılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi