Yaxın keçmişin ulduz hücumçusu Bakıya gələcək

20 Avqust 2025 01:30 Hadisə 1 360
Yaxın keçmişin ulduz hücumçusu Bakıya gələcək

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində evdə ilk oyununu sentyabrın 9-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda Ukrayna komandası ilə keçirəcək.

Sportinfo.az-ın idman.biz-ə istinadən yaydığı məlumata görə, bu matça Ukrayna Futbol Assosiasiyasının prezidenti, 2004-cü il "Qızıl top"un sahibi Andrey Şevçenkonun da gələcəyi gözlənilir.

Bildirilir ki, AFFA məşhur futbol adamının Bakı səfəri üçün proqram hazırlayıb.

Şevçenko 2024-cü il yanvarın 25-dən Ukrayna Futbol Assosiasiyasına rəhbərlik edir.

O, futbolçu kimi karyerasının böyük hissəsini "Milan"da keçirib, baş məşqçi kimi isə Ukrayna yığması və "Cenoa"nı çalışdırıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!