“Qarabağ”dan ayrılan rusun hərəkəti sosial mediada ciddi söz-söhbətə səbəb oldu - FOTO

20 Avqust 2025 08:20 Hadisə 4 991
“Qarabağ”dan ayrılan rusun hərəkəti sosial mediada ciddi söz-söhbətə səbəb oldu - FOTO

“Qarabağ”ın keçmiş qapıçısı Andrey Lunyovun adı qalmaqalda hallanır.

Sportinfo.az xəbər verir ki, qapısını qoruduğu Moskva “Dinamo”sunun iştirak ərizəsinə düşə bilməyən kiper oyunu tribunadan izləyib.

Maraqlı məqam isə odur ki, futbolçunu göstərən zaman onun snyus qəbul etdiyi müşahidə edilib.

Bu da sosial mediada ciddi söz-söhbətə səbəb olub.

Lunyov zədəli olduğuna görə oyunlarda iştirak edə bilmir.

Onun istifadə etdiyi snyus isə son zamanlar idmançılar arasında populyarlaşan maddədir. Sadə dildə desək, snyus siqaretin saqqız formasıdır.

0582f255 bdbf 4f81 a91e 0be615a047bb - Futbolinfo.az

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi