“Biz Premyer Liqaya yeni gələn komandayıq, bir az vaxta ehtiyacımız var”

19 Avqust 2025 02:00 Hadisə 478
“Biz Premyer Liqaya yeni gələn komandayıq, bir az vaxta ehtiyacımız var”

"Karvan-Yevlax" Premyer Liqanın 1-ci turunda "Qəbələ" ilə 1:1 hesablı heç-heçə edib.

Sportinfo.az xəbər verir ki, Yevlax təmsilçisinin almaniyalı hücumçusu Coy Sleyd Mikels oyunun çətin keçdiyini deyib:

"Ağır oyun idi. Matçın əvvəli bizim üçün bir az çətin oldu. Biz Premyer Liqaya yeni gələn komandayıq.

Bir az vaxta ehtiyacımız var. Yeni kollektivik. Ümid edirik ki, qarşıdakı oyunlarda daha yaxşı nəticələr əldə edə biləcəyik".

31 yaşlı forvardın oyununu izləyənlər arasında "Sabah"da çıxış edən Coy Lens Mikels də var idi. "Karvan"ın hücumçunu bunun ona motivasiya verdiyini bildirdi:

"Təbii ki, həmişə ailəmin, məni dəstəkləyən insanların yanımda olması çox xoşdur. Bu, futbolçuya əlavə motivasiya verir".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!