Ulduz oyunçunun dostu argentinalı müğənni ilə evlənir - FOTOLAR

18 Avqust 2025 03:00 Hadisə 548
Ulduz oyunçunun dostu argentinalı müğənni ilə evlənir - FOTOLAR

"İnter Mayami"nin futbolçusu Rodriqo De Paul və müğənni Tini Stessel evlənir.

Sportinfo.az xəbər verir ki, toy gələn yay üçün planlaşdırılıb. Cütlük Mərakeşə səfər zamanı gizlicə nişanlanıb.

"Biz həmişə bilirdik ki, birlikdə olacağıq", - deyə aşiq cütlük mətbuata etiraf edib.

Rodrigo De Paul to be Unveiled at Chase Stadium During Saturday's Pregame |  Inter Miami CF

Qeyd edək ki, yarımmüdafiəçi on ildən çox müddətdə Kamila Holmz ilə münasibətdə olub və ondan iki övladı var.

2022-ci ildə o, Tini ilə münasibətə başlayıb, aralarındakı məsafəyə görə ayrılıb, lakin sonradan yenidən barışıblar.

Bu yay De Paul sevgilisinə daha yaxın olmaq üçün həmyerlisi, dostu Lionel Messinin kapitanı olduğu "İnter Mayami"yə keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!