"Qarabağ" qarşısına məğlub çıxacaqlar - VİDEO

18 Avqust 2025 02:50 Hadisə 453
"Qarabağ" qarşısına məğlub çıxacaqlar - VİDEO

"Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Ferentsvaroş" Macarıstan çempionatında növbəti oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Budapeşt təmsilçisi öz meydanında "Puşkaş Akademiyası" ilə qarşılaşıb.

4-cü tur çərçivəsində keçirilən qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb. "Ferentsvaroş" 1:2 hesabı ilə uduzub. Bu, komandanın mövsümdəki ilk məğlubiyyəti olub.

Robbi Kinin yetirmələri dörd turdan sonra 7 xalla 3-cü pillədə qərarlaşıblar.

"Qarabağ"la "Ferentsvaroş" arasında ilk oyunun avqustun 19-da Budapeştdə, cavab görüşü isə bir həftə sonra Bakıda olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi