Qurban Qurbanovla maraqlanan tanınmış klub ispanla danışıqlara başladı

18 Avqust 2025 01:10 Hadisə 1 705
Qurban Qurbanovla maraqlanan tanınmış klub ispanla danışıqlara başladı

"Spartak" baş məşqçi postuna axtarışlarını davam etdirir.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Moskva təmsilçisi indi də Rafael Beniteslə danışıq aparır.

"Napoli", “Liverpul”, “Real”, “Valensiya” komandalarında işləmiş təcrübəli mütəxəssis “Spartak”da işləməyə hazırdır. Lakin Benites Rusiya klubundan yüksək maaş və istədiyi transferlərin reallaşdırılma qarantisini almaq istəyib.

Rafael son olaraq, 2023/2024 mövsümündə “Selta”nı çalışdırıb.

Rusiya mətbuatı “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun da “Spartak”ın siyahısında yer aldığı iddia olunurdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi