"Qarabağ"ın diqqəti bu xəbərdə olsun - Braziliyalını satdılar, Bakıya gəlməyəcək!

17 Avqust 2025 01:10 Hadisə 4 113
"Qarabağ"ın diqqəti bu xəbərdə olsun - Braziliyalını satdılar, Bakıya gəlməyəcək!

Macarıstan "Ferentsvaroş"unun futbolçusu Raul Qustavo "Nyu York Siti"yə (ABŞ) keçib.

Sportinfo.az Budapeşt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı mərkəz yarımmüdafiəçisinin transferi "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının pley-off matçlarından öncə gerçəkləşib.

Braziliyalı oyunçu qarşıdakı görüşlərin iştirak ərizəsinə daxil edilməyib.

Raul Qustavo "Ferentsvaroş"a 2024-cü ilin yayında gəlib. O, ötən ilin oktyabrında ciddi zədə alaraq, Macarıstan çempionatının 9 turunu buraxmalı olub.

"Sambaçı" paytaxt komandasında ümumilikdə 31 oyun keçirib və ölkə çempionu titulunu qazanıb.

"Ferentsvaroş" "Qarabağ"a qarşı ilk oyununu avqustun 19-da evdə, cavab görüşünü avqustun 27-də Bakıda keçirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi