"Qarabağ"la oyundan əvvəl məğlub oldu - "Ferentsvaroş"

02:00 Hadisə 124
"Qarabağ"la oyundan əvvəl məğlub oldu - "Ferentsvaroş"

Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"la qarşılaşacaq "Ferentsvaroş" Macarıstan çempionatında IV tur matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, rəqib "Puşkaş Akademiyası" olub.

Budapeşt şəhərindəki "Groupama Arena"da keçirilmiş görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:1.

Hesabı 20-ci dəqiqədə "Puşkaş Akademiyası"nın futbolçusu Daniel Lukaç açıb. Bundan 4 dəqiqə sonra "Ferentsvaroş"un oyunçusu Kadu bərabərlik qolunu vurub. Oyunda son nöqtəni 71-ci dəqiqədə yenə Lukaç qoyub.

Bu məğlubiyyətdən sonra "Ferentsvaroş" 7 xalla 3-cü yerdə gedir. "Puşkaş Akademiyası" isə 9 xalla liderliyə yüksəlib.

"Ferentsvaroş" "Qarabağ"la ilk oyununu avqustun 19-da Budapeştdə, cavab görüşünü avqustun 27-də Bakıda keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
16 Avqust 17:20 "Sumqayıt"ın kapitanları