3 illik müqavilə təklif etdilər - “Qarabağ”a qol vuran hücumçuya

17 Avqust 2025 08:20 Hadisə 1 616
3 illik müqavilə təklif etdilər - “Qarabağ”a qol vuran hücumçuya

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun heyətdə görmək istədiyi seneqallı Fabriz Tamba Türkiyə klubu ilə anlaşıb.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, Şimali Makedoniya “Şkendiya”sının 21 yaşlı hücumçusu “Amedspor”la razılıq əldə olunub.

I Liqada mübarizə aparan Diyarbəkir təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a qol vuran Tambaya 3 illik müqavilə təklif edib.

O, Bakıda "Qarabağ" - "Şkendiya" (5:1) matçında komandasının yeganə qolunun müəllifi olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi