Ruslar çıxarılır, Bakı nəzarət edəcək - Ermənistanda belə bir bəyanat verildi

17 Avqust 2025 08:10 Hadisə 504
Ruslar çıxarılır, Bakı nəzarət edəcək - Ermənistanda belə bir bəyanat verildi

Ermənistanda Rusiyanın Gümrü şəhərində yerləşən 102-ci hərbi bazasının çıxarılmasına hazırlıq gedir.

Bu barədə “Ana Ermənistan” Hərəkatının bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, proses Nikol Paşinyan hökuməti tərəfindən başladılıb və idarə olunur.

“Zəngəzur dəhlizini əldə etdikdən sonra rəqiblərimiz növbəti mərhələyə keçirlər: 102-ci hərbi bazanın çıxarılması prosesinə. Bundan sonra Ermənistanın Türkiyə və Azərbaycana tam təslim olması sadəcə texniki məsələ olacaq”, – hərəkat vurğulayıb.

Bəyanatda Bakı və Ankaranın təkcə Zəngəzur dəhlizinə yox, bütün Ermənistana nəzarət edəcəyi iddia olunub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi