
Azərbaycan futbolunda növbəti anoloqu olmayan hadisə yaşanıb.
Elitaya vəsiqə qazanan “Karvan” iyulun 12-də sosial şəbəkə hesabında David Oliveyra Souzanın keçidini ictimaiyyətə təqdim etmişdi.
Xəbərdə son klubu “Zabbar” (Malta) olan 28 yaşlı braziliyalı hücumçu ilə 1 illik sözləşmənin imzalanması barədə xəbər verilmişdi.
Lakin Peşəkar Futbol Liqasına göndərilən sifariş ərizəsində Davidin adı yer almayıb.
Maraqlandıq və məlum oldu ki, braziliyalı forvard düşərgəyə zədəli halda təşrif buyurub.
Məşqlər zamanı kollektivdən geri qalması və tam gücü ilə tər tökə bilməməsi məşqçilərdə şübhə yaradıb. Həkim müayinəsindən sonra səbəbkarın zədəsinin ciddiliyi üzə çıxıb.
Belədə, ona vəziyyət barədə məlumat verilib və futbolçu düşərgədən uzaqlaş(dırıl)ıb.
Sən demə, kbölgə klubu yeni transferi tibbi müayinədən keçirməmiş onunla müqavilə bağlayıb və bunu ictimaiyyətə təqdim edib.
Şərh verməyi öhdənizə buraxırıq.
HƏBİB / SPORTİNFO.AZ