İki qardaş əvvəl gəlmişdi, biri də indi gəldi

04:50 Hadisə 97
İki qardaş əvvəl gəlmişdi, biri də indi gəldi

Premyer Liqada yeni mövsümün başlaması ilə Azərbaycan futbolunda bir ilk yaşandı.

Cari çempionatda 3 fərqli klubda 3 qardaş mübarizə aparacaq.

Sportinfo.az xəbər verir ki, indiyədək çempionatlarımızda yerlilər və legionerlər arasında iki qardaşın eyni çıxış etdiyi olmuşdu. Əcnəbilər arasında 3 qardaşa isə ilk dəfə təsadüf edilir.

Əlamətdar olay Şamaxıda, mövsümün açılış matçında reallaşdı. “Karvan-Yevlax”ın yeni transferi Coy Slayd Mikels debüt matçına çıxmaqla ilkin səbəbkarı oldu.

Almaniyanın “SF Uevekoven” klubundan gələn 31 yaşlı hücumçu bununla “Zirə” və “Sabah”da çıxış edən Mikelslərə qoşuldu.

Slayd “Sabah”da oynayan Coy Lens Mikelsin əkiz qardaşıdır. Onların daha bir qardaşı Leroy Mikels ötən mövsümü “Şamaxı”da keçirib, yaxınlarda isə “Zirə” ilə müqavilə bağlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...