Bir gecədə Azərbaycan futbolunun sifətinə vurulan iki "sillə" - VİDEO

11:40 Hadisə 110
Bir gecədə Azərbaycan futbolunun sifətinə vurulan iki "sillə" - VİDEO

“Oyun, sistem olaraq, hər iki təmsilçimiz çox geridə qaldı.

“Sabah” üçün qırılma anı matçın başa çatmasına təxminən 25 dəqiqə qalmış Pavol Şafrankonun qaçırdığı epizod idi.

Bəlkə o qol olsaydı, son dəqiqələr daha fərqli motivasiya ilə keçə bilərdi.

“Levski” ilk dəqiqələrdə meydanın özünə aid hissədə oyunu 20-30 metrdə qurdu, cinahlara sürətli ötürmələrlə təhlükəli epizodlar yaratmağa səy göstərdi. “Sabah” isə hücum fazasında nə etdiyini bilmirdi.

“Araz Naxçıvan”a gəlincə, yenə darmadağın oldular. Nədir, ay dostlar, “Omoniya”dan çəkdiyimiz?”.

Bu açıqlama “Sportinfo TV”də yayımlanan “Avropa həftəsi” verilişində səsləndirilib.

Tanınmış jurnalist Elçin Cəfərovun təqdimatında yayımlanan verilişdə Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Omoniya” - “Araz Naxçıvan” (5:0) və “Sabah” - “Levski” matçları (0:2) barədə maraqlı fikirlər səsləndirilib, komandalarımızın avrokubokla vidalaşmasının səbələri barədə şərhlər verilib.

Verilişin rəsmi tərəfdaşı “QOLAT Sport Services & Football Agency”dir. Şirkət dövlət, özəl, fərdlər arasında futbol və digər idman yarışlarını keçirən bir brenddir.

Hədəf təşkil edilən idman yarışları ilə üzvlərin iş stressini azaltmaq, yeni əməkdaşlıqlar, dostluqlar və ən əsası daha sağlam həyat tərzini aşılamaqdır, yaşamaqdır.

Son bir ildə isə şirkətə daha bir xidmət sahəsi əlavə edilib. Bu, FİFA Agentliyi xidmətidir.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti
14 Avqust 20:20 Elmar Baxşıyev fərqi...
14 Avqust 16:20 "Sabah" - 6000 SATILIB