Avazı yaxşı gəlir... “İmişli”nin baş məşqçisinin

03:30 Hadisə 98
Avazı yaxşı gəlir... “İmişli”nin baş məşqçisinin

“Çempionluq uğrunda mübarizə aparan güclü və təcrübəli bir rəqiblə qarşılaşacağımızı bilə-bilə, ilk oyuna yüksək motivasiya, inam və ambisiya ilə çıxacağıq”.

Sportinfo.az xəbər verir ki, bunu “İmişli”nin baş məşqçisi Jorj Kaşkilya klubun mətbuat xidmətinə açıqlamasında deyib.

Portuqaliyalı mütəxəssis komandasınının əsas məqsədini açıqlayıb: “Əsas məqsədimiz çempionatı stabil və problemsiz keçirmək, aşağı liqa zonasından uzaq qalmaqdır.”

"İmişli" Azərbaycan Premyer Liqasının I turunda “Turan Tovuz”la qarşılaşacaq. Avqustun 16-da keçiriləcək oyun saat 17:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti