Köhnə və ya müvəqqəti məlumatlar artıq yer tutmayacaq - “Vatsap”da yeni funksiya

14 Avqust 2025 07:10 Hadisə 1 198
Köhnə və ya müvəqqəti məlumatlar artıq yer tutmayacaq - “Vatsap”da yeni funksiya

Vatsap Android üçün buraxılmış beta versiyasında “Haqqında” bölməsində vaxt təyin edilmiş status funksiyasını sınaqdan keçirməyə başlayıb.

Yyeni funksiya istifadəçilərə profil təsvirinə vaxt əlavə etməyə imkan verir. Bununla da təyin edilmiş müddət bitən kimi həmin status avtomatik silinəcək.

Beləliklə, köhnə və ya müvəqqəti məlumatlar profil səhifəsində artıq yer tutmayacaq.

Yeni zamanlama mexanizmi ilə paylaşılan statuslar 30 dəqiqə ilə bir gün arasında görüləcək. Daha çox çevikliyə üstünlük verənlər üçün isə bir aya qədər müddət təyin etmək mümkün olacaq.

İstifadəçilər statusu müddəti bitməzdən əvvəl dəyişdirə və ya silə bilərlər.

“Haqqında” qeydlərinə emojilər əlavə etmək üçün də dəstək var .

Bu funksiyanın sınaq müddətindən sonra tədricən bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi