
Azərbaycanın sabiq məşhur iş adamı Hafiz Məmmədov uzun zamandan sonra ictimaiyyət arasında görünüb.
«Bakı»nın prezidenti Bakıda fəaliyyət göstərən restoranlardan birində kameraya tuş gəlib.
Dostu ilə bərabər şam edən keçmiş biznesmen pozitiv əhval-ruhiyyəsi ilə diqqət çəkib. O, musiqiyə qulaq asa-asa masa yoldaşı ilə zarafatlaşıb.
Hafiz Məmmədov 2014-cü ildən sonra iş həyatında uğursuzluq yaşamağa başlayıb. Həmin vaxtdan sonra sahib olduğu şirkətləri bir-bir itirib.
Böyük pay sahibinə çevrildiyi "Lans" da əlindən çıxıb. Eyni zamanda "Bakı" da fəaliyyətini dayandırıb.
Hətta borclar səbəbindən məhkəmə qərarı ilə klubun Biləcəri qəsəbəsindəki böyük bazasını da itirib.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN