Zəngilanda yanğın törətdi, saxlanıldı - FOTOLAR

12 Avqust 2025 06:10 Hadisə 366
Zəngilanda yanğın törətdi, saxlanıldı - FOTOLAR

Avqustun 10-da Zəngilan şəhəri ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin regional qrupundan bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən ehtiyatsızlıqdan törədildiyi məlum olub.

Hadisə nəticəsində 5 min hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb.

Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.



Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!