Bir müddət fəaliyyətini dayandıran klub ilk dəfə,.. Qrupda oynayacaq

04:00 Hadisə 207
Bir müddət fəaliyyətini dayandıran klub ilk dəfə,.. Qrupda oynayacaq

Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ”a rəqib olan “Şkendiya” Tetovo şəhərini təmsil edir.

Sportinfo.az xəbər verir ki, klubun əsası 1979-cu ildə qoyulub.

Bir müddət sonra fəaliyyətini dayandıran klub 1992-ci ildə bərpa edilib. Ölkə çempionatlarında çıxışına aşağı liqalardan başlayan “Şkendiya” addım-addım irəliləyərək 2010/11 mövsümündə tarixinin ilk zəfərinə imza atıb.

Həmin vaxt ilk çempionluğunu bayram edən tetovolular 2017/18, 2018/19, 2020/21 və 2024/25 mövsümlərində də qızıl medala sahib çıxıb. Beşqat ölkə çempionunun hesabında 4 gümüş mükafat da var.

2016-cı və 2018-ci illərdə ölkə kubokuna sahib çıxan “Şkendiya” üç dəfə finalda məğlub olub. 2011-ci ildə isə klub tarixinin yeganə Superkubokuna sahib çıxıb.

Avrokuboklarda 2011-ci ildə debüt edən klubun ən böyük uğuru pley-off mərhələsində iştirakdır. “Şkendiya” 2016/17, 2017/18 və 2018/19 mövsümlərində Avropa Liqasının qrup mərhələsinin bir addımlığında dayanıb.

Cari mövsümdə isə “Şkendiya” tarixində ilk dəfə avrokuboklardan birinin əsas mərhələsinə vəsiqəni təmin edib.

Öncə Uels təmsilçisi TNS-i (0:0, 2:1, əlavə vaxtda), ardınca Rumıniya FCSB-sini (1:0, 2:1) məğlub edən şimali makedoniyalılar Çempionlar Liqasının III təsnifat mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
11 Avqust 18:10 Çək və bizə göndər!
11 Avqust 09:00 Qurban Qurbanovun vaxtı