“Bunu Azərbaycanda da etmək olar, niyə olmur ki?”

11 Avqust 23:40 Hadisə 451
“Bunu Azərbaycanda da etmək olar, niyə olmur ki?”

“Gürcüstan Futbol Federasiyası “Barselona”, “Milan” kimi klubların məşhur veteranları ilə yoldaşlıq görüşləri təşkil edir.

Mən də həmin tədbirləri işıqlandırıram.

Bunu Azərbaycanda etmək olmaz? Əlbəttə, olar, niyə olmur ki?”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında bloger Nuqzar Kvrtiya deyib.

Vaxtilə AZAL-ın formasını geyinmiş gürcüstanlı keçmiş yarımmüdafiəçi bildirib ki, bu işlə məşğul olan xüsusi şirkətlər var:

“Bakıda belə oyunlar üçün hər cür şərait mövcuddur. Böyük sponsor şirkətlər tapılmalıdır ki, ulduzların qonorarını və xərclərini qarşılamaq mümkün olsun.

Həmin şirkətlərin özləri də bundan yaxşı reklam qazanar. Fikrimcə, effektli layihə olar.

Məsələn, biletlərin qiymətini münasib etməklə Tofiq Bəhramov adına Respublika stadionunu doldurmaq mümkündür”.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu