İlk dəfə çempionata buraxılan komanda sosial şəbəkədə futbolçu axtarışına çıxdı - FOTOLAR

11 Avqust 2025 23:20 Hadisə 956
İlk dəfə çempionata buraxılan komanda sosial şəbəkədə futbolçu axtarışına çıxdı - FOTOLAR

Növbəti mövsümdən etibarən ilk dəfə II Liqada yarışacaq «Ağstafa Gəncləri» maraqlı addım atıb.

Çempionatda «Qusar»ı əvəzləyəcək qərblilər sosial şəbəkə vasitəsilə futbolçu axtarışına çıxıb.

Bununla bağlı rəsmi hesablarda elan və telefon nömrəsi yerləşdirilib:

«Qarşıdakı mövsümdə heyətini gücləndirmək məqsədilə təcrübəli və oyuna töhfə verə biləcək futbolçular axtarırıq.

Özünə güvənən, yüksək oyun intizamına sahib və futbol sahəsində təcrübəsi olanlar yoxlanış mərhələsində iştirak etmək üçün kluba dəvət olunur.

Bu, həm bölgəmizin futboluna töhfə vermək, həm də komanda ilə birlikdə uğur qazanmaq istəyən oyunçular üçün əla fürsətdir».

Əyalət təmsilçisi ötən «futbol ili»ndə Region Liqasının iştirakçıları sırasında yer alıb. Şahin Kərimovun təsisçisi və baş məşqçisi olduğu komanda yarışı üçüncü pillədə başa vurub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi