Adı "Qarabağ"la hallanan hücumçu dubl etdi - İkinci Liqadan VİDEO

02:40 Hadisə 1 374
Adı "Qarabağ"la hallanan hücumçu dubl etdi - İkinci Liqadan VİDEO

Adı "Qarabağ"la yanaşı hallanan “Akademika Vizeu”nun forvardı Andre Klovis yemidən diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, o, Portuqaliyanın İkinci Liqasının ilk turu çərçivəsində keçirilən "Leyria" - "Akademika Vizeu" matçında 90 dəqiqə meydanda olub.

27 yaşlı hücumçu dubl etməsinə baxmayaraq, komandasını 2:3 hesablı məğlubiyyətdən xilas edə bilməyib.

Braziliyalı ön xətt oyunçusunun Portuqaliya klubu ilə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

O, karyerası ərzində “İnternasional”, “Portimonenşe”, “Leykşoeş” və “Eştoril”də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti