Keçmiş hücumçusunu geri qaytardı - İki illik kontrakt

9 Avqust 2025 12:40 Hadisə 2 286
Keçmiş hücumçusunu geri qaytardı - İki illik kontrakt

"İmişli" 2025/2026 mövsümü üçün heyətini gücləndirməyə davam edir.

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Xəzər Mahmudovu rənglərinə bağlayıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

24 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Onun son klubu “Baku Sportinq” olub.

Qeyd edək ki, Xəzər Mahmudov 2023/2024 mövsümündə də "İmişli"nin formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 İyun 18:10 Çək və bizə göndər!