
"Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki rəqibi "Şkendiya" Şimali Makedoniya çempionatında 2025/2026 mövsümünün ilk oyununa çıxıb.
Sportinfo.az xəbər verir ki, komanda açılış oyununda "Şkupi"ni qəbul edib və 5:1 hesabı ilə qalib gəlib.
"Şkupi" matçın 17-ci dəqiqəsindən azlıqda qalıb. Fisnik Zuka qırmızı vərəqə alıb.
"Şkendiya" "Qarabağ"la öz meydanında keçirdiyi ilk oyunda 0:1 hesabı ilə uduzub.
Tərəflər arasında avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab qarşılaşması saat 20:00-da başlayacaq.
"Şkendiya" - "Şkupi" - 5:1
Qollar: Ramadani, 8, Zeynullay, 21, İbrahimi, 71, 76, Latifi, 83 - Hayvali, 14