Tuncay, “Sabah”, 2 illik müqavilə - Liqanın yeni mənsubunda

8 Avqust 2025 19:20 Hadisə 784
Tuncay, “Sabah”, 2 illik müqavilə - Liqanın yeni mənsubunda

"İmişli" növbəti transferini gerçəkləşdirib.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Tuncay Yusifli ilə 2 illik müqavilə imzalayıb. Cinah müdafiəçisinin son klubu "Sabah"ın əvəzedicilər komandası olub.

"İmişli" daha öncə Ronaldo Rodriqez de Souza (son klubu "Borneo", İndoneziya), Azər Salahlı (son klubu "Neftçi"), İbrahim Əliyev (son klubu MOİK), İmam Əli, Rafael Vieqas ("Sao Joao de Ver", Portuqaliya), Hüseynəli Quliyevi ("Səbail"), Ezekiel Morqan (son klubu "Karvan"), Nikola Karaklayiç (son klubu "Novi Pazar", Serbiya), Luiz Fernando Silvestr Junioru, Yav Mozesi (Son klubu "Torrense" (Portuqaliya) transfer edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!
22 Aprel 08:20 Bizim qızların reytinqi