Tikintisi davam edən şəhər stadionunda ikinci ölüm

8 Avqust 17:20 Hadisə 809
Tikintisi davam edən şəhər stadionunda ikinci ölüm

Gəncə şəhər stadionunda bədbəxt hadisə baş verib.

Sportinfo.az xəbər verir ki, tikintisi aparılan mərkəzi stadionda ölüm faktı qeydə alınıb.

Belə ki, orada çalışan 1973-cü il təvəllüdlü Samir Əliyev vəfat edib.

İlkin məlumata görə, adıçəkilən şəxsin anidən səhhəti pisləşib və o, dünyasını dəyişib.

Faktla bağlı Gəncə şəhər Baş Prokurorluğunda araşdırma başlanılıb.

Bu, Gəncə şəhər stadionunda ikinci ölüm hadisəsidir.

Teleqraf.com-un məlumatına görə, iyun ayının 28-də Gəncə şəhər stadionunun tikintisində işləyən Gəncə Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin işçisi 1975-ci il təvəllüdlü Şahin Talıbov iş başında qəflətən vəfat etmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Dekabr 18:10 Çək və bizə göndər!
8 Dekabr 08:20 Yeni rəqibi məlum oldu
8 Dekabr 02:40 Nazim nokautla uduzdu