“Bu, mənim üçün böyük şokdur!” - Azərbaycan millisinin baş məşqçisi

13:40 Hadisə 146
“Bu, mənim üçün böyük şokdur!” - Azərbaycan millisinin baş məşqçisi

Azərbaycanın baş məşqçisi Fernandu Santuş “Portu” və Portuqaliya yığmasının sabiq müdafiəçisi, vaxtilə onun oyunçusu olmuş Jorje Koştanın vəfatı ilə bağlı fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, bu barədə Portuqaliyanın "Lusa" agentliyi məlumat yayıb. Mütəxəssis deyib:

“Bu, mənim üçün böyük şok və ağır itkidir. Bakıya qayıtmışdım, xəbərləri izləyirdim və bu məlumat məni təəccübləndirdi.

Onun ailəsinə və “Portu” klubuna dərin hüznlə başsağlığı verirəm. O, mənim dostum idi.

Mən “Portu”nu çalışdırdığım üç il ərzində Jorje komandanın kapitanı idi. Biz çox güclü münasibətlərə malik idik. O, meydanda da, meydandan kənarda da əsl lider idi. Koşta əslində “Portu”nun simvoluna çevrilmişdi.

O, təkcə klubun deyil, ümumilikdə Portuqaliya futbolunun tarixində iz qoymuş bir oyunçudur.

Eyni zamanda 1991-ci ildə Lissabonda 20 yaşadək futbolçular arasında keçirilən dünya çempionatını qazanan nəsil futbolçularından biri idi”.

Digər Xəbərlər
Xəbər Lenti